Ermənilər Qazaxla sərhəddən yeni görüntülər yaydı VİDEO
"Sərhəd 200 metr irəli çəkilib"
Erməni jurnalist Tatul Akopyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində yeni yolun çəkilişindən sonrakı vəziyyəti ətraflı təsvir edən videoçarx dərc edib.
Akopyan qeyd edib ki, Azərbaycanla-Ermənistan arasındakı sərhəd Gürcüstana gedən yoldakı körpüdən təxminən 200 metr irəli çəkilib.
Köhnə körpü artıq Azərbaycan tərəfdə qalıb, yeni yol, yeni körpü tikilib.