XƏBƏRLƏR / Qonşular

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatdı

Bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda davam edən etirazlarda 35 nəfər ölüb.

    Bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

    Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.

    Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrindən 2 nəfər öldürülüb.

    İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verir.

    Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də rialın dollar qarşısında kəskin dəyər itirməsinə reaksiya olaraq başlayıb.