XƏBƏRLƏR / Qonşular

Türkiyə 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər

Bu barədə "Bloomberg" bildirib

Türkiyə 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmaq imkanını nəzərdən keçirir.

    Bu barədə "Bloomberg" mənbələrə istinadən bildirib.

    Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri məsələ ilə bağlı "Bloomberg"in sorğusuna cavab verməyiblər.

    Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikola Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.