Pezeşkian İranın paytaxtını Tehrandan başqa yerə köçürür
Meqapolis böhran və bir çox başqa problemlərlə üzləşə bilər
İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam Respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.
Onun sözlərinə görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arefi təyin edib.
Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər.