Xarici ölkə nümayəndələrinin Rəisi ilə vida mərasimi BİRBAŞA
Bu gün Tehranda anım mərsimidir
Tehranda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar anım mərasimi keçirilir.
İRNA xəbər verir ki, 13 ölkənin 15 lideri və yüksək vəzifəli şəxsləri İran İslam Respublikasının prezidentinin anım mərasmində iştirak etmək üçün İrana səfər edib.
Qətər əmiri, Türkmənistanın milli lideri, Tunis və Tacikistan prezidentləri, İraq, Pakistan, Ermənistan, Qətər, Azərbaycanın baş nazirləri, İraq, Rusiya, Əlcəzair, Özbəkistan, Qazaxıstan və Livan parlamentlərinin sədrləri Seyid İbrahim Rəisi və digər şəhidlərin anım mərasmində iştirak etmək üçünTehrana səfər edən rəhbərlər və yüksək vəzifəli şəxslər arasındadır.