Paşinyan Azərbaycan ərazisinə müşahidəçi göndərmək istəyir
O bunu Ermənistan nazirlər kabinetinin iclasında təklif edib
Azərbaycanın Həkəri çayının üzərindəki körpüdə Sərhəd-Keçid Məntəqəsi qurduğundan sonra Ermənista hakimiyyəti çaşqınlıq içindədir və bir birinə zidd olan bəyanatlar verməkdə davam edirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan nazirlər kabinetinin iclasında çıxış edərək deyib ki, "Laçın dəhlizində RSK-dən başqa heç kimin nəzarəti olmamalıdır və Azərbaycan dəhliz boyu sərbəst hərəkət üçün maneə yaratmamalıdır. Dağlıq Qarabağda beynəlxalq iştiraka ehtiyac hər gün daha da aktuallaşır. İlk addım olaraq Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun təcili göndərilməsi lazımdır."
Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması bəyanatından heç bir həftə keçmədiyi bir vaxtda, o qonşu ölkənin suveren ərazisinə "beynəlxalq faktaraşdırıcı qrup" göndərir. Bu bəyanatlardan açıq aydın görünür ki, Ermənistan hakimiyyəti reallıqla əlaqəni tam itirilməsi mərhələsini yaşayır.