XƏBƏRLƏR / Qonşular

İranda təyyarə qəzası baş verdi: SEPAH generalı həlak oldu

Bu barədə "ISNA" SEPAH-ın Quru Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb

İranda təyyarə qəzası baş verdi: SEPAH generalı həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinə məxsus yüngül tipli təyyarə İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Sirkan sərhəd bölgəsində döyüş təlimi həyata keçirərkən qəzaya uğrayıb. 

    Bu barədə "ISNA" SEPAH-ın Quru Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb. 

    Qeyd olunur ki, təyyarə qəzası nəticəsində SEPAH-ın briqada generalı Həmid Mazandarani və təyyarənin pilotu həlak olub.