Ermənistan XİN-i erməni yalanını təkzib etdi
XİN sözçüsü Badalyan İran Prezidenti Rəisinin güya mayın 19-da Ermənistana gələcəyi məlumatını təkzib edib
"Yüksək vəzifəli şəxslərin Ermənistan Respublikasına təsdiqlənmiş səfərləri barədə rəsmi məlumat verilir". Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Ermənistanın İctimai Televiziyasının verdiyi suala cavabında belə deyib.
Xatırladaq ki, Ermənistan hakimiyyətinə yaxın olan Teleqram kanalı mayın 19-da İranda Prezident Rəisinin helikopteri qəzaya uğrayan vaxtı yazmışdı ki, "Etibarlı məlumata görə, bu gün İran Prezidenti İbrahim Rəisinin Şimal-Cənub yolunun açılış mərasiminin keçirilməli olduğu Ermənistana, Sünikə səfəri nəzərdə tutulub. Lakin son anda səfər təxirə salınıb. Daha sonra Rəisinin Azərbaycana getdiyi məlum olub".