XƏBƏRLƏR / Qonşular

Putin İranla strateji tərəfdaşlıq haqda müqaviləni imzaladı

Bu barədə TASS agentliyi xəbər yayıb FOTO/SƏNƏD

Putin İranla strateji tərəfdaşlıq haqda müqaviləni imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.

    TASS xəbər verir ki, saziş Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.

    Saziş Rusiya və İranın strateji tərəfdaşlar statusunu möhkəmləndirmək məqsədi daşıyır, bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.