XƏBƏRLƏR / Qonşular

Bu gün İrəvanda hakimiyyət əleyhinə yenə aksiya keçirilib

Arxiyepiskop Baqrat Qalstanyan bütün erməniləri aksiyaya dəvət edib YENİLƏNİB

Bu gün İrəvanda hakimiyyət əleyhinə yenə aksiya keçirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 20:40

    Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar İrəvanda Respublika meydanında növbəti aksiya başlayıb.

    Ermənistan mənbələrinin verdiyi xəbərə görə, mitinqə qədər Matenadaran yaxınlığından Respublika meydanına doğru gənclərin yürüşü keçirilib.

    Yürüş iştirakçıları meydanda aksiyaya qoşulublar.

    Respublika meydanına paralel küçəyə (mitinqin keçirildiyi yer) əlavə polis qüvvələri cəlb edilib.

    Arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, mayın 13-də saat 8:00-dan etibarən İrəvanda və bütün Ermənistanda total itaətsizlik aksiyalarına başlayırlar.

    ***

    18:05

    Bu gün Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

    Bu barədə yerli mətbuat xəbər verir.

    “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan saat 18:30-da “olduqca vacib mitinqin keçiriləcəyini və aksiya zamanı bir çox vacib mesajların olacağını” deyib. O, bütün erməniləri aksiyaya dəvət edib.

    Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Onlar mayın 12-də də aksiya keçiriblər. Aksiya zamanı 12 nəfər saxlanılıb.

    Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.