Polis İrəvanda Paşinyana etiraz edən altı nəfəri saxlayıb
Onlardan silah götürülüb
Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
“Sputnik-Armenia”nın xəbərinə görə, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.
Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.