XƏBƏRLƏR / Qonşular

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Bu barədə “Mehr” məlumat yayıb

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.

    Bu barədə “Mehr” məlumat yayıb.

    Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.

    İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. İRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.