Moskva və Bakı birgə fəaliyyət istiqamətləri müəyyən edib
Bunu Həştərxanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.
Bu barədə TASS məlumat yayıb.
Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.
"Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var," – deyə Baş nazirin müavini bildirib.
Qeyd edək ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir.