Paşinyan Ermənistanın dövlət himninin sözlərini dəyişdirir
Uzun müddətdir bu, baş naziri narahat edirmiş
Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir onu narahat edən himnin sonluğunu dəyişəcək. İndi himn 33 il ərzində olduğu kimi “Millətinin azadlığı uğrunda canından keçənə nə bəxtiyardır” deyil, “Düşmənləri önündə parlasın, Ermənistan var olsun!” sözləri ilə bitəcək.
Ermənistanın baş naziri himnin əvvəllər “standartsız” səsləndirilməsini “fundamental problem” adlandırıb.
Paşinyanda himnin müxtəlif yerlərdə fərqli ifa olunması, vahid standartların olmaması çaşqınlıq yaradır.
“Hər hansı tədbir təşkil edəndə himndən çox su, şərab, basdırma və sucuğa (türk mətbəxi - red.) diqqət yetiririk, ona görə də "YouTube"da minlərlə himn növü var.
İndi Paşinyanın iştirakı ilə keçirilən bütün tədbirlərdə himn müəyyən keyfiyyət standartları ilə canlı ifa edilməlidir. Bunu da Ermənistanın baş naziri deyib.