XƏBƏRLƏR / Qonşular

Rus rublunun məzənnəsi çökməkdə davam edir YENILƏNIB

Beynəlxalq "Forex" valyuta bazarı xəbər verir

Rus rublunun məzənnəsi çökməkdə davam edir YENILƏNIB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:25

    Dollar artıq 8,5% artaraq 114,5 rubla satılır, avro 120 rubl həddini keçib.

    ***

    14:05

    Beynəlxalq Forex valyuta bazarında dolların məzənnəsi ₽109-u keçib. Dollar/rubl cütlüyü (USD/RUB) noyabrın 27-də 3,78% artaraq, Moskva vaxtı ilə saat 12:58-ə ₽109,475-ə yüksəlib.

    ***

    Beynəlxalq "Forex" valyuta bazarında dolların məzənnəsi ₽108-i keçib. Dollar/rubl cütlüyü (USD/RUB) noyabrın 27-də 3,04% bahalaşaraq, Moskva vaxtı ilə saat 10:42-ə ₽108,7025-ə qədər yüksəlib.

    RBC qeyd edir ki, Amerika valyutasının rubla nisbətdə məzənnəsi son iki il səkkiz ayda ilk dəfə olaraq 108 ₽-dən yuxarı qalxıb.

    Rusiya Mərkəzi Bankı çərşənbə günü, noyabrın 27-nə ABŞ dollarının rəsmi məzənnəsini ₽105,0604, avronu ₽110,4943, yuanın isə ₽4,4449 səviyyəsində müəyyən edib.