XƏBƏRLƏR / Qonşular

Azərbaycanın İsrailə yardım etdiyinə dair sübut yoxdur

Bunu İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirib

Azərbaycanın İsrailə yardım etdiyinə dair sübut yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 12 günlük müharibə zamanı Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur.

    Bu barədə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirib.

    Laricani vurğulayıb ki, "Bakının açıqlamaları İran əleyhinə heç bir düşmənçilik hərəkətinin olmadığını göstərir".

    “Hazırda əsassız iddialarla hərəkət edə bilmərik”, - Laricani qeyd edib.