XƏBƏRLƏR / Qonşular

Bir sıra ölkə Ermənistanın dəmir yollarını almaq istəyir

Bu barədə Ermənistan parlamentin sədri Alen Simonyan deyib

Bir sıra ölkə Ermənistanın dəmir yollarını almaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentin sədri Alen Simonyanın sözlərinə görə, bir sıra ölkələr Ermənistanın dəmir yollarını idarə etmək üçün Rusiyanın hüquqlarını potensial olaraq əldə etməkdə maraqlı olduqlarını bildiriblər.

    Parlament sədrinin sözlərinə görə, məsələ əsasən Rusiya tərəfi ilə müzakirə olunur və Ermənistan tərəfi cavab gözləyir. O qeyd edib ki, bu mövzu müxtəlif ölkələrin səfirləri ilə görüşlər zamanı qaldırılıb və həqiqi maraq var. Lakin idarəetmənin təhvil verilməsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib. Danışıqlar davam edir.