XƏBƏRLƏR / Qonşular

İrəvanda keçirilən tədbirdə Türkiyənin naziri iştirak edir

COP17 Konfransında iştirak üçün Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Ermənistana gəlib VİDEO/FOTO/YENİLƏNİB

İrəvanda keçirilən tədbirdə Türkiyənin naziri iştirak edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:14

    Ərdoğan və Paşinyan arasında keçirilən görüşlər sülh prosesinə töhfə verir.

    Bunu İrəvanda səfərdə olan Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı erməni jurnalistlərinə deyib. VIDEO

    "Türkiyə regionda sülh və rifah üçün səy göstərir. Ümid edirəm ki, Türkiyə-Ermənistan münasibətlərindəki impuls, eləcə də sülh prosesinin sürətlənməsi həm hər iki ölkənin xalqlarına, həm də Cənubi Qafqaz bölgəsinə əhəmiyyətli fayda gətirəcək" - Türkiyənin naziri bildirib.

    ***

    12:07

    İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına Tərəflərin 17-ci Konfransı COP 17-də Türkiyə nümayəndəsi də iştirak edir. 

    Ölkəni kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı təmsil edir.