XƏBƏRLƏR / Qonşular

Lavrov Bakı-İrəvan münasibətləri, TRİPP və 3+3 haqda danışıb

Bu barədə Rusiya XİN məlumat yayıb

Lavrov Bakı-İrəvan münasibətləri, TRİPP və 3+3 haqda danışıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rusiya xaricı işlər naziri Sergey Lavrov Bakıda AQEM-in 7-ci Zirvə toplantısı çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.

    SUAL: Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına münasibətiniz necədir?

    Sergey Lavrov: Biz bunu alqışlamışıq və dəfələrlə etmişik, Prezident və Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini alqışladıq. Vaşinqtonda əldə edilən razılaşmanı alqışlamışıq və infrastruktur layihələrində iştirak etməyə hazırıq. Bu barədə dəfələrlə danışmışıq.

    SUAL: Sizin TRIPP marşrutuna münasibətiniz necədir?

    Rusiya Dəmir Yollarının konsessiyası var və Cənubi Qafqaz Dəmir Yolunun bir hissəsi kimi fəaliyyət göstərir. Bütün bu infrastrukturla tanışıq. Biz onu texnoloji cəhətdən ayaqda saxlayırıq. Hələ ki, bu layihədə iştirakla bağlı heç bir müraciət almamışıq.
    Bu layihədə iştiraka gəldikdə, Donald Tramp nəqliyyat marşrutu layihəsi davam edir, lakin bütün maraqlı tərəflər bizim imkanlarımızdan və hazırlığımızdan xəbərdardırlar.

    Bu xüsusda daha bir layihəni – daha doğrusu, layihə deyil, Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüş bir formatı qeyd etmək istərdim. Söhbət "3+3" formatından gedir: Cənubi Qafqazın üç ölkəsi, həmçinin Rusiya, Türkiyə və İran.

    Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycan arasında razılaşmanı gözləyirik ki, regionun xarici işlər nazirlərinin növbəti görüşü kimin ev sahibliyi ilə keçiriləcək. Hesab edirəm ki, yaxın vaxtlarda növbəti görüş baş tuta bilər. Mən niyə bu formatdan bəhs edirəm? Çünki o, əslində hərtərəfli xarakter daşıyır.
    Onun ümumi regional kontekstdən kənarda həyata keçirilməsi nəzərdə tutulmur.  Beləliklə, bir daha vurğulayım ki, "3+3" formatı Azərbaycan və Türkiyə tərəfindən təklif olunub və biz bunu fəal şəkildə dəstəkləyirik.