Kəmaləddin Heydərov İranın DİN rəhbərini qəbul edib
Bu barədə FHN mətbuat xidməti xəbər yayıb
Azərbaycan və İran fövqəladə hallar sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb.
Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən məlumat və təcrübə mübadiləsi, eləcə də fövqəladə hallara cavab tədbirlərində əməliyyat koordinasiyası məsələlərini müzakirə ediblər.
1 dəqiqədən az