Ermənistanda baş verən qumbara partlayışında əsgər ölüb
Ermənistan Müdafiə Nazirliyi hələlik hadisənin təfərrüatlarını açıqlamayıb
Ermənistanda baş verən partlayışda müqaviləli əsgər ölüb.
Yerli media yazır ki, sentyabrın 24-də Qarakilsədə (Sisian) bir əsgər qumbara partladaraq intihar edib.
Ölən əsgər 2022-ci ildən kontrakt əsasında qulluq edib.
Ermənistan Müdafiə Nazirliyi hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Nazirliyin nümayəndələri yalnız tələb olunan prosedurlardan sonra açıqlama verəcəklərini bildiriblər.
1 dəqiqədən az