Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb
Bu barədə Türkiyənin birinci xanımı "X" səhifəsində paylaşım edib
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X" səhifəsində paylaşım edib.
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”, - paylaşımda deyilir.