Paşinyan Gürcüstanın müdafiə naziri Çikovanini qəbul edib
Ermənistan və Gürcüstan müdafiə nazirlikləri arasında 2024-cü il üçün əməkdaşlıq planı imzalanıb
Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın müdafiə naziri İrakli Çikovani regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Paşinyan qeyd edib ki, Ermənistanla Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və İrəvanın Tbilisi ilə çoxsahəli əməkdaşlığın dərinləşməsində və inkişafında maraqlı olduğunu vurğulayıb.
Baş nazir iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığı səmərəli qiymətləndirib.
Çikovani Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlığın və onun genişləndirilməsinə yönəlmiş proqramların vacibliyini vurğulayıb.
Xatırladaq ki, dünən Ermənistan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün əməkdaşlıq planı imzalanıb.