Türkiyə konstitusiyası demokratik prinsiplərə uyğun gəlmir
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib
"Türkiyənin hazırkı konstitusiyası ölkənin demokratik prinsiplərinə uyğun gəlmir", - Rəcəb Tayyib Ərdoğan
"Təəssüf ki, biz hələ də mülki şəxslərin hazırladığı yeni konstitusiyanı ölkəyə verə bilməmişik. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü hərbi çevrilişin nəticəsi olan, ölkəmizin demokratik prinsiplərinə uyğun gəlməyən konstitusiya ilə qeyd etdik.
Ölkədəki bəzi siyasi qüvvələr iqtisadi və sosial problemləri əsas gətirərək yeni konstitusiya məsələsini gündəmdən çıxarmağa çalışırlar. Lakin yeni konstitusiya vətəndaş siyasətinin əhatə dairəsini genişləndirəcək, bununla da iqtisadiyyatdan tutmuş sosial həyata qədər bütün sahələrdə problemlərin həllini sürətləndirəcək".
Qeyd edək ki, Türkiyənin hazırkı konstitusiyası 7 noyabr 1982-ci ildə - hərbi çevrilişdən iki il sonra qəbul edilib.