Türkiyə Mülki Aviasiya Baş İdarəsi ölkədaxili reyslərə qiymətləri yenidən orta hesabla 30 faiz artırıb.
Yeni qərara əsasən, qiymət artımı daxili reyslərin ekonom-klass sərnişinlərinin 85 faizi üçün 1650-dən 2000 Türkiyə lirəsinədək (61,5 ABŞ dolları) artıb, yerdə qalan 15 faiz üçün isə biletlərin qiyməti artıq 2500 lirəyədək deyil, 3250 lirəyədək (100 ABŞ dollarından çox) təşkil edəcək.
Aviaşirkətlər tariflər şkalasına artıq dəyişikliklər ediblər.
Türkiyədə ölkədaxili aviareyslərə qiymət artımı 2013-cü ildən bəri qüvvədədir və sonuncu dəfə 2023-cü ildə qalxıb.
Qeyd etmək lazımdır ki, həm ölkədaxili, həm də beynəlxalq reyslərdə biznes-klass sərnişinləri üçün qiymətlərə hansısa məhdudiyyətlər yoxdur.