İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilir.