Avropa Ermənistanın müdafiə və təhlükəsizliyindən narahatdır
Ermənistan XİN müavini Robert Abisoqomonyan Avropa İttifaqının nümayəndəsi Olof Skuqla görüşüb
Brüsselə işgüzar səfərdə olan Ermənistan Respublikası xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuq ilə görüşüb.
Armenpress-in Ermənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan və Avropa İttifaqı arasında müəyyən edilmiş iddialı gündəm barədə fikir mübadiləsi aparıb və dinamik inkişaf edən tərəfdaşlığın vacibliyini vurğulayıblar.
Onlar həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və onun dərinləşdirilməsi yollarına toxunublar. "Ermənistan-AB sektor əməkdaşlığının perspektivləri, o cümlədən müdafiə və təhlükəsizlik, eləcə də hibrid təhdidlərlə bağlı məsələlərdə qarşılıqlı fəaliyyət müzakirə edilib", - deyə ER Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
1 dəqiqə