XƏBƏRLƏR / Qonşular

Gürcü prezidentə qarşı impiçment başlandı

Bu barədə “İmedi” telekanalı məlumat yayıb

Gürcü prezidentə qarşı impiçment başlandı
Salome Zurabişvili
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkənin hazırkı prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb.

    Bu barədə “İmedi” telekanalı məlumat yayıb.

    Kanalın məlumatına görə, impiçment proseduruna bazar ertəsi parlament çoxluğunun iclasında başlanılıb. Buna səbəb Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərləri olub.

    “Biz impiçment prosesinə başlamaq qərarına gəldik. 50 deputatın imzası ilə sənəd hazırlanacaq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

    Onun sözlərinə görə, imzalar toplandıqdan sonra deputatlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Bundan sonra məhkəməyə qanuni qərardad hazırlayıb parlamentə təqdim etmək üçün bir ay vaxt veriləcək.