XƏBƏRLƏR / Qonşular

İstanbulda və daha 35 əyalətdə onlarla zabit həbs edilib

Onlar Türkiyə Prezidentinə sui-qəsddə və qadağan olunmuş FETÖ qruplaşmada iştirakda ittiham olunurlar

İstanbulda və daha 35 əyalətdə onlarla zabit həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələrinin onlarla zabiti prezidentə qarşı sui-qəsddə ittiham olunaraq həbs edilib.

    İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin tərkibində olan FETÖ hərəkatının üzvlərinə qarşı əməliyyat keçirir. Əməliyyat çərçivəsində artıq İstanbulda və daha 35 əyalətdə onlarla zabit həbs edilib.

    Həbs edilənlər arasında:

    8 — Hərbi Hava Qüvvələri Komandanlığı,
    13 — Jandarma Baş Komandanlığı,
    36 — Quru Qoşunlarının Komandanlığı,
    6 - Hərbi Dəniz Qüvvələri Komandanlığının üzvləridir;
    4 -  albay (polkovnik),
    8 -  yarbay (polkovnik-leytenant),
    12 - binbaşı (mayor),
    15 — kapitan.

    Türkiyənin "Fətullahçı Terror Təşkilatı" (FETÖ) adlandırdığı qadağan olunmuş qruplaşmada iştirakda şübhəli bilinən 63 hərbçidən 24-ü astsubay/mütəxəssis çavuş rütbəsinə malikdir.