Aİ-nin Gürcüstan üzrə kuratoru ölkəyə buraxılmadı
Saymon Vandenbrukke Aİ-nin Gürcüstandakı nümayəndəliyinin əməkdaşıdır

Yardım proqramlarına, Assosiasiya Sazişinin icrasına və Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərin inkişafına kuratorluq edən Aİ-nin Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Saymon Vandenbrukke ölkəyə buraxılmayıb.
Tbilisi hava limanında onu növbəti reyslə geri qaytarıblar.
İmtinanın səbəbləri açıqlanmayıb. Aİ nümayəndəliyi hadisə ilə bağlı şərh vermir.