Paşinyan: erməni konyakı ilə öyünmək tamamilə biabırçılıqdı
Bu barədə Ermənistanın baş naziri hökumətin iclasında bildirib

Nikol Paşinyan erməni spirtini konyak adlandırmamağa çağırıb, çünki Fransa üçün konyak qeyri-maddi dəyərdir. Bu barədə Ermənistanın baş naziri hökumətin iclasında bildirib. Paşinyanın sözlərinə görə, erməni konyakı ilə öyünmək “tamamilə biabırçılıqdır”.
“Hökumətimiz nə qədər siyasi iradəli, vətənpərvər, fədakar və yüksək peşəkarlığa malik olsa da, biz konyak adlandırıla biləcək içkinin Ermənistan Respublikasında istehsal olunduğunu əsaslandıra və sübut edə bilmərik - bu, mümkün deyil. Əksinə, bunu müzakirə etməmək, iqtisadiyyatımızı bu istiqamətə aparıb konyak istehsal etdiyimizi iddia etmək iqtisadiyyatımızı çıxılmaz vəziyyətə salmaq, onu inkişaf perspektivlərindən məhrum etmək deməkdir”.