Mustafayev və Qriqoryan yenidən görüşəcək YENİLƏNİB
Bu barədə Azərbaycan XİN xəbər yayıb
15:20
XİN-dən verilən xəbərə görə, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.
Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
***
Ermənistan-Azərbaycan sərhədinin İcevan və Qazax bölmələrində Ermənistan və Azərbaycanın delimitasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb. Nümayəndə heyətlərinə Azərbaycan və Ermənistan baş nazirin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryan rəhbərlik edir.
Qeyd edək ki, bu, dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 5-ci iclasıdır.