XƏBƏRLƏR / Qonşular

Ermənistan 2026-cı ildə COP17-yə ev sahibliyi edəcək

Bu barədə BMT-nin Biomüxtəliflik Konvensiya Katibliyi xəbər verir

Ermənistan 2026-cı ildə COP17-yə ev sahibliyi edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.

    Bu barədə Konvensiya Katibliyinin “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

    Qərar hazırda Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.

    Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.