XƏBƏRLƏR / Qonşular

SEPAH İranda ŞƏT üzv dövlətlərinin hərbi təlimini keçirir

Bu barədə islam keşikçilərinə aid "Mehr" agentliyi xəbər yayıb

SEPAH İranda ŞƏT üzv dövlətlərinin hərbi təlimini keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri üçün "Səhənd 2025" antiterror təlimi ölkənin şimal-qərbində, İranın Şərqi Azərbaycan əyalətində başlayıb.

    SEPAH quru qüvvələri tərəfindən təşkil edilən təlimlər beş gün davam edəcək. (Mehrnews)

    ŞƏT üzvləri: Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Hindistan, Pakistan və İran.

    Qeyd edək ki, bu İran tərəfindən təşkil edilən ŞƏT-ə üzv olan dövlətlərin ikinci hərbi təlimidir. Birinci təlim 2021-ci ilin dekabrında keçirilib.