İrəvanda həlak olan hərbçilərin valideynləri etiraz edir
Onlar kompensasiya olaraq Qarabağda mənzil alıblar, indi də onu itiriblər
İrəvanda hökumət binası yaxınlığında 44 günlük müharibə zamanı həlak olan əsgərlərin valideynləri tərəfindən etiraz aksiyası keçirilir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Onlar kompensasiya olaraq Qarabağda mənzil alıblar, indi də onu itiriblər.
Jurnalistlərə danışan valideynlərdən biri qeyd edib ki, kompensasiya proqramları mart ayında başa çatır, lakin onlara yeni heç nə təklif olunmur, ona görə də etirazçılar istənilən dövlət rəsmisi ilə görüşüb problemləri müzakirə etmək istəyirlər.