XƏBƏRLƏR / Qonşular

Paşinyan revanşistlərin kökünü kəsəcəyinə söz verir

Bunu Ermənistanın Baş naziri parlament tribunasından bəyan edib

Paşinyan revanşistlərin kökünü kəsəcəyinə söz verir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Paşinyan revanşistlərin kökünü kəsəcəyinə söz verir:
    "Uşaqların gələcəyinə qarşı hər hansı bir təhdid dərhal kökündən kəsilməlidir. Bu təhdidlərin adları var: Robert Köçəryan, Kaluqa oliqarxı (Samvel Karapetyan, "Güclü Ermənistan"- ANS Press), Belarussevər oliqarx (Qaqik Tsarukyan, "Çiçəklənən Ermənistan" - ANS Press).

    "Baş nazir olaraq, mən onları birbaşa kökündən kəsəcəyəm!

    Ya inqilab yenidən sürət yığacaq, ya da əksinqilab qalib gələcək", - Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

    Parlamentdə çıxış edən Paşinyan səslərinin saxtalaşdırıldığını iddia edənləri küçələrə çıxmağa çağırıb.

    "Səsləri saxtalaşdırılanlar qoy küçələrə çıxsınlar. Çıxmırsınız, çünki bilirsiniz ki, əgər belə etsəniz, səslərini rüşvətlə saxtalaşdırdığınız şəxslər çıxacaq və mən bu insanlara rəhbərlik edəcəyəm, sonra isə inqilab görəcəksiniz".