İran 28 ölkə ilə viza rejimini ləğv edir
Bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli bildirib
İran İslam Respublikası fevralın 4-dən etibarən Səudiyyə Ərəbistan, Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Özbəkistan, Qırğızıstan, Tunis, Tanzaniya, Mavritaniya, Zimbabve, Mavriki, Seyşel adaları, Yaponiya, İndoneziya, Sinqapur, Kuba, Vyetnam, Kamboca, Bruney, Braziliya, Meksika, Peru, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina və Hindistan da olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.
Bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.