Ermənilər Azərbaycanın Konstitusiyasını dəyişmək istəyir
Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb
“Bilin ki, Ermənistan rəsmiləri də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyi ilə bağlı oxşar sual qaldırırlar. Azərbaycan Konstitusiyasında da elə müddəalar var ki, onlar güzgü şəkilində dəyişdirilməlidir”, - deyə Ermənistan parlamentinin spikeri Alen Simonyan çexiyalı həmkarı Marketa Pekarova-Adamova ilə birgə mətbuat konfransı zamanı bildirib.
Simonyan qeyd edib ki, Ermənistan tərəfinin apardığı bütün danışıqlar aynalı şəkildə aparılır. “Əgər bu danışıqlar zamanı sülhün möhkəmləndirilməsinə dair eyhamlar və ya təkliflər olarsa, bu, həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”, - deyə Ermənistan parlamentinin spikeri yekunlaşdırıb.
Qeyd edək ki, ərazi bütövlüyünə təhdid olan Ermənistan Konstitusiyasının preambulasını çıxarılması haqda Azərbaycanın haqlı tələbi, Alen Simonyan və başqalarının Azərbaycanın Əsas Qanunundan ölkənin ADR-in varisi olması haqda müddəanın çıxarılması tələbi ilə üzləşib. Bir tərəfdən ermənilər Qarabağın, Naxçıvanın və Zəngəzurun ADR-na heç vaxt daxil olmamasını deyirlər, digər tərəfdən varislik müddəasından ciddi təşvişə düşürlər.