XƏBƏRLƏR / Qonşular

Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant saxlanılıb

"TRT Haber" məlumat yayıb

Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.

    "TRT Haber"ə görə, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.

    Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.

    Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.