Separatçıların arvadları Bakıya ərlərinin yanına istəyirlər?
Bu təşəbbüslə beynəlxalq fırıldağçı Ruben Vardanyanın xanımı Veronika Zonabend çıxış edib
Azərbaycan həbsxanasında yatan separatçı-cinayətkar Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadın humanitar nümayəndə heyəti üçün Bakıya səfər təşkil etmək niyyətindədir.
"BQXK-nın Bakıdakı nümayəndə heyətinin ofisi bağlandıqdan sonra erməni məhbusların ailələrinin öz yaxınları ilə müntəzəm görüşü faktiki olaraq yox idi. Belə şəraitdə insanları müdafiə etməli olan beynəlxalq mexanizmlər praktiki olaraq işləmir və Ermənistanın dövlət nümayəndə heyətləri Azərbaycana səfərləri zamanı getməyə, həmin şəxsləri görməyə, onların saxlanma şəraitini və səhhətini yoxlamağa imkan tapmırlar. İnstitusional məsuliyyət boşluğunda daha sakit oturmaq mümkün deyil", - deyə o bildirib.
Zonabend Azərbaycan Ombudsmanından bu nümayəndə heyətinin Bakıya gəlməsinə, rəsmi görüşün keçirilməsinə, Umbaki həbsxanasında erməni cinayətkarlara baş çəkməsinə, habelə bağlamaların, fotoşəkillərin, məktubların və icazə verilən şəxsi əşyaların rəsmi təhvil verilməsinə köməklik göstərməyi xahiş edir.
Qeyd edək ki, Zonabend özünün bu səfərdə iştirak edəcəyi barədə heçnə yazmır. Bəlkə də onun ərinin alışdığı kimi, təxribatı başqa adamların əliylə törətməyi planlaşdırırlar. Çünki hər həftə əriylə əlaqə saxlayan və hətta bu danışıqları içtimayələşdirən bu qadın nəyə görəsə "daha oturmaq mümkün deyil" yazır.
Görəsən, erməni zindanlarında inanılmaz işgəncələrə məruz qalan bizim Şahbaz Quliyev və Dilqəm Əsgərov da yaxınlarıyla hər həftə telefonla danışırdılar?
1 dəqiqə