XƏBƏRLƏR / Qonşular

Ermənistanın yeni Konstitusiya mətni hələ də hazır deyil?

Ölkənin ədliyyə naziri Srbuhi Qalyan bu ilin mart ayında mətnin tam hazır olduğunu bəyan etmişdi

Ermənistanın yeni Konstitusiya mətni hələ də hazır deyil?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hələ dərc olunmağa hazır deyil". Bunu bəyan edən ədliyyə naziri Srbuhi Qalyanın sözlərinə görə, təkliflərin birləşdirilməsi daha bir neçə həftə çəkəcək.

    Srbuhi Qalyan jurnalistlərə bildirib ki, "Həmkarlarımızın fikirlərini gözləyirik və bu fikirləri toplamaq və birləşdirmək üçün bir neçə həftə çəkəcək. Bundan sonra daha bir neçə müzakirə aparacaq və mətnin dərc edilib-edilməyəcəyinə qərar verəcəyik".

    Hökumətin parlamentdəki 61 yerlə konstitusiyaya düzəliş edə biləcəyi ilə bağlı suala Qalyan belə cavab verdi: "Bu gün hökumətin konstitusiya çoxluğu yoxdur. Biz dedik ki, inqilabdan sonra konstitusiyaya düzəliş etmək gündəmimizdə idi. Bu, siyasi bir məsələ idi."

    Xatırladaq ki, həmən bu Qalyan bu il martın 16-da yeni Konstitusiya layihəsinin mətninin tam hazır olduğunu demişdi.