Paşinyan Karapetyanı "azərbaycanlılara" görə məhkəməyə verdi
Ermənistanın Baş naziri təkzib və 6 milyon dram məbləğində təzminat tələb edib
Ermənistanın Baş naziri Nikol Paşinyan iş adamı Samvel Karapetyana və "Güclü Ermənistan" partiyasına qarşı iddia qaldıraraq böhtan xarakterli məlumatların təkzib edilməsini və 6 milyon dram (28 000 AZN) məbləğində təzminat tələb edib.
İddia, "Güclü Ermənistan" partiyası tərəfindən yayılan "300.000 Azərbaycanlının" Ermənistanda məskunlaşacağı barədə məlumatlarla bağlıdır.
İddiaya görə, 27 may 2026-cı ildə "Güclü Ermənistan" partiyası Baş nazir Nikol Paşinyanın 300.000 Azərbaycanlını Ermənistana gətirəcəyini təsdiqlədiyi barədə məlumat yayıb. Bu məlumat Nikol Paşinyana tamamilə böhtan atır, yalan və həqiqətə uyğun deyil.
1 dəqiqədən az