XƏBƏRLƏR / Qonşular

İran hakimiyyəti milli valyutanı denominasiya etmək istəyir

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb

İran hakimiyyəti milli valyutanı denominasiya etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran hakimiyyəti milli valyutanın yenidən denominasiyası imkanlarını nəzərdən keçirir.

    İran Məclisinin İqtisadiyyat Komitəsi islahat qanun layihəsinin əsas müddəalarını hazırlayıb. Komitənin rəhbəri Şəmsəddin Hüseyninin sözlərinə görə, hökumətin layihəsində valyutanın adının “rial”dan “tümən”a dəyişdirilməsi təklif edilsə də, komitə mərkəzi bank haqqında qanunu rəhbər tutaraq bu yeniliyin əleyhinə səs verib.

    Beləliklə, yeni pul vahidi də rial adlanacaq, bir yeni rial 10 min cari riala bərabər olacaq (yəni pullardan 4 sıfır silinir) və kiçik bir sikkə olan geran dövriyyəyə buraxılacaq (1 rial = 100 geran). 

    Sıfırların azaldılması maliyyə hesablamalarını asanlaşdıracaq və əskinasların istehsalı xərclərini azaldacaq.

    Qeyd edək ki, İran rialının bugünkü kursu 1$ - 520 000 rialdır.