Ermənilər qadınları əsgərliyə aparacaq
Bu barədə baş nazir Nikol Paşinyan məlumat verib
Qadınlar 2024-cü ildə qış hərbi çağırışında könüllü olaraq iştirak edəcəklər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökümətin iclasında bildirib.
"Biz başa düşürük ki, bu, Ermənistan üçün tamamilə yeni bir qurumdur və biz mümkün olan hər şeyi edirik ki, bu xidməti sıfırdan, ən uyğun səviyyədə yaratmağa çalışaq", - Paşinyan bildirib. Qadınlar altı ay müddətinə xidmət edə və bunun müqabilində 1 milyon dram (4437 AZN - ANSPress) ala bilərlər, deyə o əlavə edib.