Həştərxanın dəstəyi ilə Qubadlıda tikilən uşaq bağçası
Bu barədə vilayətin qubernatoru İqor Babuşkin "Telegram"da yazıb
Rusiyanın Həştərxan vilayətinin hədiyyəsi olaraq Azərbaycanın Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının tikintisi növbəti ilin yazında başa çatacaq.
Bu barədə vilayətin qubernatoru İqor Babuşkin bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşünün nəticələrinə dair sosial şəbəkələrdəki səhifəsində yazıb.
Qubernator qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində uşaq bağçasının tikintisi ilə tanış olub.

"Beləliklə, növbəti ilin yazında Azərbaycanın Mahruzlu kəndində uşaq bağçasının tikintisi başa çatacaq, işlərin gedişatına nəzər yetirdik. Müəssisə rusiyalı yazıçı Pyotr Yerşovun adını daşıyacaq və interyer onun nağılların motivləri əsasında rəsmlərlə bəzədiləcək", - İ.Babuşkin qeyd edib.
Onun sözlərinə görə, Ə.Əsədovla görüşdə, həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları və Həştərxan iqtisadi zonasına Azərbaycan investisiyalarının cəlb edilməsi müzakirə olunub.
1 dəqiqə