XƏBƏRLƏR / Qonşular

Türkiyənin vitse-prezidenti Tehranda Pezeşkianla görüşüb

“Anadolu” agentliyi xəbər verir

Türkiyənin vitse-prezidenti Tehranda Pezeşkianla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Səadəbad sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

    “Anadolu” agentliyi xəbər verir ki, ABŞ-İsrail hücumlarında həlak olan İranın mərhum lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana gələn Yılmaz “X” sosial media platformasındakı hesabında Pezeşkian ilə görüşü barədə paylaşım edib.

    O bildirib: “Qardaş İran xalqının ötən dövrdə yaşadığı ağrıları ürəkdən bölüşürük. Türkiyə olaraq, bölgəmizdə davamlı sülh və sabitliyin bərqərar olmasına, dialoq kanallarının gücləndirilməsinə, müharibədən sonra normallaşma prosesini dəstəkləmək səylərinə töhfə verməyə davam edəcəyik”.

    İran ilə Türkiyə arasında ikitərəfli münasibətləri bütün sahələrdə, xüsusən də iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində daha da inkişaf etdirmək üçün iranlı həmkarları ilə əməkdaşlıq şəraitində çalışmağa davam edəcəklərini bildirən Yılmaz daha sonra qeyd edib: “Xoş qarşılama üçün Prezidentə təşəkkür edir, bir daha başda Ali Rəhbər Əli Xamenei olmaqla dünyasını dəyişən bütün iranlı qardaş və bacılarımızın ruhuna başsağlığı verir və dualar oxuyur, İran dövlətinə, dost və qardaş İran xalqına səbir diləyirik”.