Dəniz Baykal dəfn edildi VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfndə iştirak edib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, Türkiyə parlamentinin deputatı Dəniz Baykalla vida mərasimi keçirilib. Mərasim əvvəlcə CHP-nin qərargahı önündə, daha sonra Türkiyə parlamentinin qarşısında baş tutub.

    Ankaradakı Ahmet Hamdi Akseki məscidində keçirilən dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentinin spikeri Mustafa Şəntop, Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib.

    Qeyd edək ki, Baykal fevralın 11-də vəfat edib. O, 20 iyul 1938-ci ildə Antalyada anadan olub. 1995–1996-cı illərdə Türkiyə Baş nazirinin köməkçisi vəzifəsində çalışıb.