Ermənistan DİN Bağanis-Voskepar yolunu bağladı
Vətəndaşlara xəbərdarlıq edilir ki, bu yerlərdən uzaq olsunlar
Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində BaĞanis-Voskepar avtomobil yolunu minalardan təmizləmə işləri üçün bağlayıb. "Sputnik Armenia" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatda vətəndaşlara xəbərdarlıq edilir ki, bu yerlərdən uzaq olsunlar.
Qeyd olunub ki, sərhədin delimitasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi sərhəd qoşunlarına veriləcək.
Xatırladaq ki, Ermənistanın Tavuş vilayətinin Bağanis kəndi Azərbaycanın Qazax rayonunun Bağanis-Ayrım, Voskepar kəndi isə Aşağı və Yuxarı Əskipara kəndləri ilə həmsərhəddir.