Zəlzələdə yaxınlarını itirənlərə 100 min lirə veriləcək
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
“Zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 0330 manat-red.) nağd pul veriləcək”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.