Ermənistan Türkiyəyə yenidən yardım göndərdi
Bu barədə Vahan Hunanyan məlumat verib
Ermənistandan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım karvanı yola düşüb. Bu barədə Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan twitter səhifəsində yazıb. O bildirib ki, ötən gecə humanitar yardımın ikinci partiyasını daşıyan yük maşınları körpü vasitəsilə Ermənistan-Türkiyə sərhədindən keçib.
Bu gün həm də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri gözlənilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.